Geri

27 yanvar 2011-ci il, saat 09:00-dək

Abşeron rayonunda məcburi köçkünün məskunlaşdığı ümumi sahəsi 40kv.m olan vaqonun yanar konstruksiyaları və əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Çobanabdallı kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 48kv.m sahədə yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 40kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 17:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Sərxanlı kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:50-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Sərxanlı kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Qonşu mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 yanvar 2011-ci il, saat 11:30-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzilin giriş qapısının kilidinin sınması nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da zərərçəkmişlərə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 08:44-də başa çatmışdır.