Geri

26 yanvar 2011-ci il, saat 16:10-dək

Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" və "Lexus" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 09:22-də başa çatmışdır.

Geri

26 yanvar 2011-ci il, saat 09:00-dək

Astara rayonu, Giləkiran kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45kv.m sahədə və həmin tövlənin damına yığılmış 1,4 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Arazdilağda kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonunda Hacıqabul-Qarabulaq avtomobil yolunun 106-cı kilometrliyində "Kamaz" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, həmçinin,  qoşquya yığılmış 17 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Şəfəq qəsəbəsində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ərazidə 25 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36kv.m olan 3 otaqlı mənzilin mətbəxində əşyalar 6kv.m sahədə yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Arazdilağda kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus fərdi evin həyətyanı sahəsində 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər qəsəbəsində (rayon mərkəzindən 6km aralı) Nəqliyyat Nazirliyinə məxsus dəmiryol dayanacağının ümumi sahəsi 450kv.m olan ikimərtəbəli inzibati binasının çardağının yanar konstruksiyaları 100kv.m sahədə yanmışdır. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 10kv.m sahədə yanmışdır. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik və "Daewoo" markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü 1980-cı il təvəllüdlü Muradov Coşğun Məhərrəm oğlu və hadisə zamanı həmin avtomobildə olan 1979-cu il təvəllüdlü Niftiyev Elçin Çingiz oğlu həlak olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış C.Muradovun və E.Niftiyevin cəsədlərini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:46-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə qaldırmış və liftin qapılarını açmaqla zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:24-də başa çatmışdır.