Geri

25 yanvar 2011-ci il, saat 17:50-dək

Astara rayonu, Giləkiran kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45kv.m sahədə və həmin tövlənin damına yığılmış 1,4 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Arazdilağda kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonunda Hacıqabul-Qarabulaq avtomobil yolunun 106-cı kilometrliyində "Kamaz" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, həmçinin, qoşquya yığılmış 17 ton ot bağlaması yanmışdır. Beyləqan rayonu, Şəfəq qəsəbəsində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ərazidə 25 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36kv.m olan 3 otaqlı mənzilin mətbəxində əşyalar 6kv.m sahədə yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Arazdilağda kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus fərdi evin həyətyanı sahəsində 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

25 yanvar 2011-ci il, saat 09:00-dək

Ağcabədi rayonu, Şənlik kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 10:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 40kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar yanmışdır. Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş hamam otağında xəstə vəziyyətdə aşkarlanmışdır. Həmin şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:50-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda "Hyundai" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü həlak olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış həmin şəxsin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:02-də başa çatmışdır;

Zaqatala rayonu, Əliabad kəndində vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30kv.m sahədə və damına yığılmış 0,5 ton ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər hadisə zamanı həmin tövlədə olan 20 baş xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvanı xilas etmişlər. Yanğın saat 19:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Vaz" və "Cherry" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Cherry" markalı nəqliyyat vasitəsinin sürücüsü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:05-də başa çatmışdır;

Astara rayonu, Səncərədi kəndində (rayon mərkəzindən 13km aralı) Səncərədi Kənd Bələdiyyəsinə məxsus ərazidə 1,5ha sahədə kol-kos yanmışdır. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 23kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 12kv.m sahədə yanmışdır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.