Geri

29 sentyabr 2010-cu il, saat 16:50-dək

Fövqəladə Hallar Nazirliyinə Dövlət Dəniz Administrasiyasından daxil olmuş məlumata əsasən, Rusiya bayrağı altında İrandan Rusiya istiqamətində hərəkət edən "Orion-5" yük gəmisinin göyərtəsində olan şəxslərdən birinə təcili tibbi yardım tələb olunub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri vasitəsilə həkim briqadası hadisə yerinə çatdırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 14:47-də başa çatmışdır.
Geri

29 sentyabr 2010-cu il, saat 09:00-dək

Xızı rayonu, Yeni Yaşma kəndində fərdi yaşayış evinin həyətində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın təlim üçün artilleriya mərmisi olduğu müəyyən olunmuşdur. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:04-də başa çatmışdır;

Saatlı rayonu, Şirinbəy kəndində (rayon mərkəzindən 40km aralı) ümumi sahəsi 180kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 160kv.m. sahədə yanmışdır. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadın köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşın giriş qapısının kilidinin sınması səbəbindən giriş qapısını aça bilməməsi məlum olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qapısını açmış və zərərçəkmişin aidiyyəti üzrə təhvil verilməsini təmin etmişlər. Əməliyyat saat 20:28-də başa çatmışdır;   

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Mərkəzi Bank"ın arxasında içərisində partlayıcı qurğu olması ehtimal edilən çantanın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerinə baxış keçirərkən aşkarlanmış çantada partlayıcı qurğunun olmadığını müəyyən etmişlər. Aşkarlanmış çanta xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat  02:42-də başa çatmışdır;

Tərtər rayonu, Hacıqərvənd kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus ümumi sahəsi 16kv.m. olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanmışdır. Yaxınlıqdakı fərdi ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.