Geri

31 avqust 2010-cu il, saat 17:25-dək

Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 10kv.m. olan mətbəxdə əşyalar və hamam otağının tavanının yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 10:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:05-də başa çatmışdır.

Geri

31 avqust 2010-cu il, saat 09:00-dək

Kür çayının Sabirabad rayonu, Qasımbəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Xızı rayonu, Giləzi qəsəbəsində (rayon mərkəzindən 41km aralı) dəmir yolunun kənarında 2ha sahədə quru ot yanmışdır. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində (rayon mərkəzindən 5km aralı) ümumi sahəsi 312kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin 1-ci mərtəbəsində tavanın yanar konstruksiyaları 12kv.m. sahədə yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Sarıcalı kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Aşağı Ləgər kəndində (rayon mərkəzindən 15km aralı) Aşağı Ləgər Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:55-də başa çatmışdır;

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 19:20-də başa çatmışdır;

Şəki rayonu, Vərəzət kəndində (rayon mərkəzindən 10km aralı) Vərəzət Kənd  Bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Durca kəndində 2 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, Durca kəndi ərazisində yerləşən şəlalənin 30-40 metr hündürlüyündən dərəyə düşmüş 1971-ci il təvəllüdlü Əliyev Emin Ramiz oğlu və 1976-cı il təvəllüdlü Əliyeva Şəhla Qərib qızı heç bir çağırışa cavab vermirlər. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dərəyə enmiş və həmin şəxslərin vəfat etdiklərini müəyyən etmişlər, daha sonra cəsədlər xüsusi texnika vasitəsilə dərədən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:30-da başa çatmışdır;

Ağstafa rayonu, Ağgöl kəndində Gürcüstan Respublikası ilə həmsərhəd zonada dağlıq ərazidə 8ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından  mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24kv.m. olan köməkçi otağın yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan çörək sexinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hüseynov İlqar Həbib oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə İ.Hüseynovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:20-də başa çatmışdır;

Şəki rayonu, Çələbixan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 10kv.m. olan ərzaq köşkünün içərisindəki mallar yanmışdır. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan çayxananın yanar konstruksiyaları 21kv.m. sahədə yanmışdır. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.