Geri

30 avqust 2010-cu il, saat 09:00-dək

Siyəzən rayonu, Eynibulaq kəndində (rayon mərkəzindən 13km aralı) Eynibulaq Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı neft buruqları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Muğanlı kəndində Bakı-Qazax yolunun 136-cı kilometrliyində Bakı-Qazax marşrutu ilə hərəkət edən "Mercedes" markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Məmmədoba kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda "BMW", "Hyundai" və "Mercedes" markalı3 minik avtomobili toqquşmuşdur. Nəticədə, "BMW" və "Hyundai" markalı nəqliyyat vasitələrində olan 4 nəfər yaralanaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxarmış, onlara ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 15:55-də başa çatmışdır;

Quba rayonu, Alışdigah kəndində (rayon mərkəzindən 30km aralı) Alışdigah Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə kol-kos və 0,5ha sahədə xırda ağaclar yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Ulacalı kəndində (rayon mərkəzindən 20km aralı) ümumi sahəsi 96kv.m. olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 78kv.m. sahədə yanmışdır. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 15km aralı) Şiştəpə Kənd Bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 14km aralı) Karrar Kənd Bələdiyyəsinə məxsus ərazidə 6ha sahədə kol-kos yanmışdır. Yanğın saat 17:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Almazqazmalar kəndində (rayon mərkəzindən 28km aralı) Almazqazmalar Kənd Bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonunda Qusar-Xudat yolunun 3-cü kilometrliyində yolun kənarında 2ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 25km aralı) İkinci Nügədi Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda Dövlət Neft Akademiyasının doqquzmərtəbəli yataqxana binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 200kv.m. olan restoranın yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Şorsulu kəndində Şorsulu Kənd Bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Ağgöl kəndində (rayon mərkəzindən 53km aralı) Gürcüstan Respublikası ilə həmsərhəd zonada dağlıq ərazidə 500ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı məlum edilmişdir. Əməliyyat saat 00:05-də başa çatmışdır; 

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus maldarlıq fermasının ərazisində ümumi sahəsi 180kv.m. olan tikilinin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda yerləşən ümumi sahəsi 40kv.m. olan tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı digər tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Təzə Alvadı kəndində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 36kv.m. sahədə və həmin tövlənin içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.