Geri

29 avqust 2010-cu il, saat 09:00-dək

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir;

Bakı şəhəri, Nərimanov rayonunda metronun "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər və hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış tədbirləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 11:58-də başa çatmışdır;

Xızı rayonu, Xızı-Altıağac avtomobil yolunun 8-ci kilometrliyində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və 35kv.m. sahədə quru ot yanmışdır. Yanğın saat 13:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda H.Z.Tağıyev adına Bakı Taxıl Məhsulları Kombinatının binasında uçqun hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, kombinatın beşmərtəbəli binasında söküntü işləri aparılarkən 3-cü və 4-cü mərtəbələrarası arakəsmə 30-40kv.m. sahədə uçmuş, 4 nəfər xəsarət almış, 1 nəfər isə dağıntılar altında qalmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dağıntılar altında qalmış şəxsi çıxararaq ona hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişər. Əməliyyat saat 13:21-də başa çatmışdır;

Quba rayonu, Barlı kəndində (rayon mərkəzindən 25km aralı) Kənd Təsərrüfatı Nazirliyinə məxsus Elmi Tədqiqat İnstitutunun təcrübə meyvə bağlarının ərazisində 55 ədəd meyvə ağacı və 300kv.m. sahədə kol-kos yanmışdır. Digər meyvə ağacları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Dalğalar kəndində (rayon mərkəzindən 25km aralı) ümumi sahəsi 63kv.m. olan 2 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 24kv.m. sahədə və dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad şəhərində ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin dam örtüyünün yanar konstruksiyaları 2kv.m. sahədə və həyətyanı sahədə 50kv.m. kol-kos yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonunda Bakı-Qazax yolunun 297-ci kilometrliyində "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, avtomobilin yanar hissələri yanmış, avtomobildə olan 2 nəfər hadisə yerində həlak olmuşdur. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Sabirabad şəhərində ümumi sahəsi 100kv.m olan 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 85kv.m. sahədə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.