Geri

28 avqust 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda 2 "VAZ" və 2 "Mercedes" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə, hər dörd nəqliyyat vasitəsi deformasiyaya uğramış, qəza zamanı avtomobillərdə olan insanlar yaralanmışlar. Yaralılara təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 10:36-da başa çatmışdır;

Yevlax rayonu, Çənlibel qəsəbəsində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 90kv.m. olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 60kv.m. sahədə yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının kilidinin sınması nəticəsində uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:36-da başa çatmışdır;

Hacıqabul rayonu, Rəncbər kəndində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə 5 nəfərin qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən binanın 1-ci mərtəbəsində dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:16-da başa çatmışdır.