Geri

27 avqust 2010-cu il, saat 15:45-dək

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 48kv.m. olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 20kv.m. sahədə yanmışdır. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 avqust 2010-cu il, saat 09:00-dək

Dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir;

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısının təsadüfən kilidlənəsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:30-da başa çatmışdır;

Salyan rayonu, Bəşirbəyli kəndində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 255kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları 25kv.m. sahədə və içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasında uçqun hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində eyvan uçmuşdur. Xilasedicilər uçqun baş vermiş ərazidə təhlükəsizlik tədbirləri görmüş və hadisə yerinə baxış keçirmişlər. Nəticədə, köməyə ehtiyacı olan insanların olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 12:58-də başa çatmışdır;

İsmayıllı rayonu, Pirdinar kəndində (rayon mərkəzindən 32km aralı) Pirdinar Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Quşencə kəndində (rayon mərkəzindən 11km aralı) Quşencə Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 76kv.m. olan 5 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə 10kv.m. sahədə yanmış, yüksək temperaturdan dəhlizi tavanı 5kv.m. sahədə ərimişdir. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Ərəbxanlı kəndində (rayon mərkəzindən 16km aralı) Ərəbxanlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 8ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı alma bağları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Ləcət kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması və bitişik yerləşən digər vətəndaşa məxsus həyətyanı sahədə 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Yuxarı Cöycəli kəndində (rayon mərkəzindən 20km aralı) Yuxarı Cöycəli Kənd Bələdiyyəsinə məxsus ərazidə 15ha sahədə kol-kos yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Qırlı kəndində (rayon mərkəzindən 10km aralı) Qırlı Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda Bakı-Şamaxı yolunun 30-33-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolgöstəricisi işarəsinə çırpılmış və aşmışdır. Nəticədə, minik avtomobilinin sürücüsü 1979-cu il təvəllüdlü Səfərov Vaqif Sabir oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə V.Səfərovun cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:04-də başa çatmışdır;

Samux rayonu, Lək kəndində (rayon mərkəzindən 6km aralı) Lək Kənd Bələdiyyəsinə məxsus ərazidə 12,5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Kərgəlan kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 80kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.