Geri

26 avqust 2010-cu il, saat 09:00-dək

Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 17km aralı) Beşdam Kənd Bələdiyyəsinə məxsus ərazidə 2ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, İmadxan İlxıcısı kəndində (rayon mərkəzindən 30km aralı) İmadxan İlxıcısı Kənd Bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Qarabulaq kəndində (rayon mərkəzindən 26km aralı) dağlıq ərazidə 60ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Cəmcəmilli kəndində (rayon mərkəzindən 8km aralı) Cəmcəmilli Kənd Bələdiyyəsinə məxsus ərazidə 6ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Çaylı kəndində (rayon mərkəzindən 13km aralı) Çaylı Kənd Bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Şaturoba kəndində (rayon mərkəzindən 19km aralı) ümumi sahəsi 296kv.m. olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evin dam örtüyünün yanar konstruksiyaları 148kv.m. sahədə yanmışdır. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:38-də başa çatmışdır;

Quba rayonu, Mirzəqışlaq kəndində (rayon mərkəzindən 25km aralı) 5ha biçilmiş taxıl sahəsi və 1ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.  Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Bığır kəndində (rayon mərkəzindən 16km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 20kv.m. olan tövlənin yanar konstruksiyaları, içərisinə yığılmış 3 ton ot bağlaması və həyətyanı sahənin çəpərinin 15p.m. yanmışdır. Yanğın zamanı tövlədə olan 4 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 30kv.m. olan qarajın yanar konstruksiyaları və içərisində olan "BMW" və "Mercedes" markalı 2 minik avtomobilinin arxa hissələri yanmışdır. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.