Geri

25 avqust 2010-cu il, saat 16:50-dək

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Azərsu Təmir Tikinti İstismarı İdarəsinin ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 150kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

25 avqust 2010-cu il, saat 09:00-dək

Siyəzən rayonu, Qara Siyəzən kəndində (rayon mərkəzindən 17km aralı) Qara Siyəzən Kənd Bələdiyyəsinə məxsus ərazidə 45ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda Qaz Kompressor Stansiyasının diametri 200mm olan qaz xəttində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Yanğın bölmələri hadisə yerində növbə çəkmişlər. Qəza müvafiq qurumlar tərəfindən saat 22:00-da aradan qaldırılmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 300kv.m. ikimərtəbəli 10 otaqlı fərdi evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 124kv.m. sahədə yanmışdır. Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 10kv.m. olan köməkçi tikilinin içərisinə yığılmış əşyalar yanmışdır. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Şıxımlı kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 75kv.m. olan tövlənin yanar konstruksiyaları və çardağına  yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.