Geri

30 iyun 2010-cu il, saat 09:00-dək

Cəlilabad rayonu, Ocaqlı kəndində (rayon mərkəzindən 7km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl 2ha sahədə yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12kv.m. olan köməkçi otağın yanar konstruksiyaları 12kv.m. sahədə yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qaramanlı kəndində (rayon mərkəzindən 12km aralı) "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları, yaxınlıqda olan 1 ədəd elektrik dirəyi və quru ot 560kv.m. sahədə yanmışdır. Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xaçmaz kəndində vətəndaşa məxsus ərazidə 10ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Şorsu kəndində (rayon mərkəzindən 51km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə quru ot 6,5ha sahədə yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda N saylı hərbi şəhərciyin ərazisində quru ot 2ha sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Bum kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65kv.m. olan tövlənin yanar konstruksiyaları və çardağa yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Arabuşaqlı kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Əliabad kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108kv.m. olan 3 otaqlı tikilməkdə olan evin 1 otağının yanar konstruksiyaları 26kv.m. sahədə yanmışdır. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 15kv.m. sahədə yanmış, həmin vaxt evdə olan bir nəfər müxtəlif yanıq xəsarətləri almışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Müşkünlü kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Gülollar kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Qaracalar kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140kv.m. olan birmərtəbəli 4 otaqlı evin tavanı 24kv.m. sahədə yanmışdır. Yanğın yanğınsöndürənlər çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Aşağı Nüvədi kəndində Ələt-Astara magistral yolunda "VAZ" markalı iki minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xilasedicilər yaralıları avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat
saat 02:23-də başa çatmışdır;

29 iyun 2010-cu il tarixində Beyləqan rayonunda kanala düşmüş 1993-cü il təvəllüdlü Asim Çingiz oğlu Əvəzlinin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;

29 iyun 2010-cu il tarixində Şamaxı rayonu, Mərzəndiyə kəndində göldə batdığı ehtimal olunan şəxsin axtarışlarına başlanılmışdır;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.