Geri

27 iyun 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda intihar məqsədi ilə özünü dənizə atmış bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir;

Mingəçevir su anbarında çimərkən batma təhlükəsi ilə üzləşmiş bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 13:15-də başa çatmışdır;

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir;

Qəbələ rayonu, Aydınqışlaq kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları və oraya yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Çəmənli kəndində (rayon mərkəzindən 19km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan yardımçı tikilidə çardağın yanar konstruksiyaları və oraya yığılmış 800kq ot bağlaması yanmışdır. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda yol kənarında quru ot 1ha sahədə yanmışdır. Yanğın saat 17:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Moskviç" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Seyidlər kəndində vətəndaşa məxsus ərazidə biçilmiş taxıl 4ha sahədə yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Qullar kəndində (rayon mərkəzindən 12km aralı) həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Qalalı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan talvarın yanar konstruksiyaları 21kv.m. sahədə və həmin talvarın altına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, 5-ci qəsəbədə həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonu, Nəvai qəsəbəsində "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Bulduq kəndində (rayon mərkəzindən 15km aralı) həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunmayan ərazilərində çimərkən batmış 5 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.