Geri

26 iyun 2010-cu il, saat 09:00-dək

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus kafedə yanğınla davam edən partlayış baş vermişdir. Nəticədə, ümumi sahəsi 80kv.m. olan kafenin yanar konstruksiyaları və ona bitişik tikilmiş ümumi sahəsi 30kv.m. olan köməkçi tikilidə dam örtüyünün yanar konstruksiyaları yanmış (ümumi 110kv.m.), hadisə zamanı kafedə olan 1954-cü il təvəllüdlü Sədaqət Bilal qızı Kərimova həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, hadisəyə məişət qaz balonunun partlaması səbəb olmuşdur;

Bakı şəhəri, Sabunçu rayonunda dəmir yolunun ətrafında quru ot və dəmir yolunda 8 ədəd şpal 50kv.m. sahədə yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində ümumi sahəsi 104kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi evdə tavanın yanar konstruksiyası 30kv.m. sahədə yanmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Zərnava kəndində "URAL" markalı yük avtomobilinin yanar hissələri və qoşqusuna yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Qaçaqkənd kəndində "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanmışdır. Yanğın saat 21:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Səbail rayonunda Gəmi təmiri zavodunun ərazisində istifadəsiz katerin üzərində quraşdırılmış ümumi sahəsi 20kv.m. olan köşk yanmışdır. Hadisə zamanı katerdə olan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunmuş, yaxınlıqdakı katerlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonunda Samux-Gəncə yolunun 3-cü kilometrliyində biçilmiş taxıl 3000kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 25kv.m. sahədə yanmışdır. Yanğın saat 07:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.