Geri

25 iyun 2010-cu il, saat 09:00-dək

Daxil olmuş məlumata əsasən, 24-25 iyun 2010-cu il tarixində axşamdan başlayaraq respublika ərazisində hava şəraiti kəskin dəyişmiş, güclü külək əsmiş, leysan xarakterli yağışlar yağmışdır. Nəticədə, respublikanın bəzi rayonlarında yaşayış evlərinə, sosial-inzibati obyektlərə, əkin sahələrinə, elektrik və rabitə təsərrüfatlarına ziyan dəydiyi bildirilir. Hazırda müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyanın məbləği müəyyənləşdirilir;

23 iyun 2010-cu il tarixində dənizdə batdığı ehtimal edilən 1998-c il təvəllüdlü Aslan Rövşən oğlu Dəmirovun axtarışları başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasediciləri qeyd olunan şəxsin cəsədini suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:35-də başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus ümumi sahəsi 400kv.m. olan anbarın içərisinə yığılmış avadanlıqlar 50kv.m. sahədə yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160kv.m. olan anbarın yanar konstruksiyaları 10kv.m. sahədə və anbarın yaxınlığındakı quru ot
1ha sahədə yanmışdır. Yanğın saat 17:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Məhəmmədi kəndində vətəndaşa məxsus quşçuluq fabrikinin  ərazisində ümümi sahəsi 500kv.m. olan anbarın dam örtüyünün yanar konstruksiyaları 100kv.m. sahədə yanmışdır. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Padar kəndi ərazisində Qəbələ-Şəki yolunun kənarındakı ağacın yıxılaraq avtomobil yolunu kəsməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə həmin ağacı hissə-hissə kəsmiş və kəsilmiş hissələri yoldan çıxarmış, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Qəbələ-Şəki yolunda nəqliyyatın hərəkəti bərpa edilmişdir. Əməliyyat saat 22:20-də başa çatmışdır;

Astara rayonu, Telman kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları 60kv.m. sahədə və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 11 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Mirzəbəyli çayının Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində daşqın olmuşdur. Nəticədə, bir neçə fərdi yaşayış evini su basmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin evlərdən sakinləri təxliyyə etmiş, iri və xırdabuynuzlu heyvanları xilas etmiş, həmçinin, xüsüsi texnika vasitəsilə çaydan axının qarşısını almışlar. Əməliyyat saat 02:10-da başa çatmışdır.