Geri

24 iyun 2010-cu il, saat 16:15-dək

23 iyun 2010-cu il tarixində dənizdə batdığı ehtimal edilən 1998-cı il təvəllüdlü Aslan Rövşən oğlu Dəmirovun axtarışları başa çatmışdır. Fövqəladə Hallar Naziriyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin cəsədini suda taparaq çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:35-də başa çatmışdır.
Geri

24 iyun 2010-cu il, saat 11:40-dək

21 iyun 2010-cu il tarixində dənizdə batmış 1993-cü il təvəllüdlü Ramiz Çingiz oğlu Xəlilovun və 1987-ci il təvəllüdlü Rafiq Yaqub oğlu İsayevin axtarışları başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxslərin cəsədlərini 23 iyun 2010-cu il tarixində sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.
Geri

24 iyun 2010-cu il, saat 09:00-dək

Salyan rayonu, Aşağı Noxudlu kəndində (rayon mərkəzindən 7km aralı) həyətyanı sahədə 12ton ot bağlaması yanmışdır. Yanğın saat 12:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "ABŞERON ZEYTUN" MMC-yə məxsus ərazidə kol-kos 700kv.m. sahədə yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində Təhsil Nazirliyinə məxsus Salyan rayonu Texniki Peşə Məktəbinin ümumi sahəsi 7kv.m. olan gözətçi otağının yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda su anbarının ərazisində quru ot 1000kv.m. sahədə yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 17km aralı) Sabirabad Kənd Bələdiyyəsinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələrı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir su anbarının nəzarət olunmayan hissəsində 1988-ci il təvəllüdlü Yaşar Vasif oğlu Nəbiyev çimərkən batmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri Y.Nəbiyevin cəsədini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:00-da başa çatmışdır;

Hacıqabul rayonu, Pirsaat kəndində (rayon mərkəzindən 8km aralı) yol kənarında quru ot 3ha sahədə yanmışdır. Yanğın saat 20:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Kamallı kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 28kv.m. olan ərzaq mağazasında tavanın yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Şirvan şəhərində Şirvan-Sabirabad yolunun 9-cu kilometrliyində "VAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.