Geri

30 aprel 2010-cu il, saat 09:00-dək

28 aprel 2010-cu il tarixində saat 18:00 radələrində Göygöl rayonu, Aşıqlı kəndində Gəncə-Hacıkənd avtomobil yolundan kənarda torpaq sürüşməsi baş vermişdir. Nəticədə, asfalt örtüklü yolda, təxminən, 30m uzunluqda və 3sm enində çat əmələ gəlmişdir. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mütəxəssisləri hadisə yerinə baxış keçirmişlər. Hazırda yolda aidiyyəti qurumlar tərəfindən təmir-bərpa işləri aparılır;

Bakı şəhəri, Sabunçu rayonunda İstilik Tikinti Quraşdırma ASC-nin ərazisində  məcburi köçkünün məskunlaşdığı ümumi sahəsi 50kv.m. olan vaqonun yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 16:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda iki azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki eyvandan enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışdır. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:55-də başa çatmışdır;

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36kv.m. olan ərzaq mağazasında dam ortüyünün yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin elektrik avadanlığı və qabaq oturacaqları yanmışdır. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5kv.m. olan bərbərxanada tavanın yanar konstruksiyaları və orada olan əşyalar tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.