Geri

29 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin eyvanına qalxmış və pəncərədə olan dəmir barmaqlıqları kəsərək içəri daxil olmuşlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:26-da başa çatmışdır;

Astara rayonu, Motalayataq kəndində torpaq sürüşməsinin baş verməsi və nəticədə sürüşmə zonasında olan bir fərdi evin zədələnməsi barədə məlumat daxil olmuşdur. Hadisə zamanı həmin evdə olan 6 nəfər təhlükəli hesab edilən ərazidən təxliyyə olunmuşdur. Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 9kv.m. sahədə yanmışdır. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.