Geri

28 aprel 2010-cu il, saat 14:20-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 6kv.m. olan bərbərxananın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 09:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 aprel 2010-cu il, saat 13:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 6kv.m. olan meyvə-tərəvəz satışı köşkünün yanar konstruksiyaları və həmin köşkdə olan 2 ədəd soyuducunun yanar hissələri tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 2 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:32-də başa çatmışdır;

Şabran rayonunda Bakı-Quba yolunun 111-ci kilometrliyində iki "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hər iki nəqliyyat vasitəsinin sürücüləri 1979-cu il təvəllüdlü Nəbi Ağalar oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Rövşən Nuru oğlu Əlməmmədov, sərnişinlər 1985-ci il təvəllüdlü Könül Orucəli qızı Qoçəliyeva, 1975-ci il təvəllüdlü Aytən Aydın qızı Əlməmmədova, 2008-ci il təvəllüdlü Nuray Rövşən qızı Əlməmmədova, 2009-cu il təvəllüdlü Nuru Rövşən oğlu Əlməmmədov, 1975-ci il təvəllüdlü Vüsal Nüsrət oğlu Hüseynov, 1980-cı il təvəllüdlü Afaq Aydın qızı Hüseynova və 2010-cu il təvəllüdlü Səyyarə Vüsal qızı Hüseynova həlak olmuş, 1 sərnişin isə yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Hazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 21:16-da başa çatmışdır;

Masallı rayonu, Digah kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ümumi sahəsi 360kv.m. olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evin iki otağının yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 40kv.m. sahədə, həmçinin, həmin evin çardağının yanar konstruksiyaları 120kv.m. sahədə yanmışdır. Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 aprel 2010-cu il, saat 11:10-dək

28 aprel 2010-cu il tarixində saat 09:09-da Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi"nə vətəndaş tərəfindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində tüstülənmə müşahidə olunmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanğın hadisəsi ilə əlaqədar olaraq saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunmuş, saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin olaraq, yanğının ümumi sahəsinin, təxminən, 1000-1200kv.m. təşkil etdiyi bildirilmişdir. Hadisə nəticəsindən ölən və xəsarət alan olmamışdır.