Geri

27 aprel 2010-cu il, saat 16:45-dək

27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş vermiş və bir fərdi ev torpaq altında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri, eyni zamanda, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və xilasediciləri Aviasiya dəstəsinin vertolyotu ilə zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Torpaq sürüşməsi nəticəsində torpaq altında qalmış evin dağıntıları altından 5 nəfərin cəsədi çıxarılmışdır. 1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədovun və 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədovanın cəsədləri yerli sakinlər, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədovanın, 1990-cı il təvəllüdlü Jalə Əkbər qızı Məmmədovanın və 2010-cu il təvəllüdlü Vüsalə Oqtay qızı Qasımovanın cəsədləri isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq dağıntılar altından çıxarılmışdır. Əməliyyat saat 15:29-da başa çatmışdır

Geri

27 aprel 2010-cu il, saat 15:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus "UAZ" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanmışdır. Yanğın saat 11:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:42-də başa çatmışdır.

Geri

27 aprel 2010-cu il, saat 11:40-dək

27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş vermiş və bir fərdi ev torpaq altında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata görə, hadisə nəticəsində torpaq altında qalmış evdə bir ailənin 4 üzvü (1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova) olmuşdur. Ə.Məmmədovun və N.Məmmədovanın cəsədlərinin kənd sakinləri tərəfindən uçqun altından çıxarıldığı bildirilmişdir.    

Geri

27 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:02-də başa çatmışdır;

Şabran rayonu, Uzunboyad kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 91kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları tamamilə yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan ikimərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi evin 1-ci mərtəbəsində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, evin pəncərələri və lambirdən ibarət tavanı uçmuş, həmin vaxt evdə olan kirənişin xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.