Geri

27 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:02-də başa çatmışdır;

Şabran rayonu, Uzunboyad kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 91kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları tamamilə yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan ikimərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi evin 1-ci mərtəbəsində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, evin pəncərələri və lambirdən ibarət tavanı uçmuş, həmin vaxt evdə olan kirənişin xəsarət almışdır. Yaralı xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.