Geri

28 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:02-də başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 30kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 20:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daxil olmuş məlumata əsasən, İmişli rayonu, Əlyetməzli kəndində Kür çayı bəndin bir hissəsini yumuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının nümayəndələri cəlb edilmiş, müvafiq qurumlar məlumatlandırılmışdır. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, hadisə nəticəsində bəndin uçma təhlükəsi yaranmışdır. Hazırda müvafiq qurumlar tərəfindən sahilbərkitmə işləri aparılır;

Bakı şəhəri, Xətai rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, xəsarət alan olmamışdır. Yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 23:04-də başa çatmışdır.