Geri

25 fevral 2010-cu il, saat 09:00-dək

Tərtər şəhərində ümumi sahəsi 240kv.m. olan ikimərtəbəli 12 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 28kv.m. sahədə yanmışdır. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaz sobasından sızan maye qazın alışması səbəb olmuşdur;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 50kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin hamam otağında tavanın yanar konstruksiyaları və orada olan əşyalar ümumilikdə 3kv.m. sahədə yanmışdır. Yanğın saat 18:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Sarıqamış kəndində qamışlıq 2000kv.m. sahədə yanmışdır. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 20kv.m. olan ərzaq mağazasının yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Hacalmuradlı kəndində həyətyanı sahədə 10 ton ot tayası yanmışdır. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhərində ümumi sahəsi 6kv.m. olan bərbərxananın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Soltankənd kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin yerləşdiyi ümumi sahəsi 280kv.m. olan birmərtəbəli binanın yanar konstruksiyaları 130kv.m. sahədə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 120kv.m. olan daş sexin içərisindəki rezin qəliblər 40kv.m. sahədə yanmışdır. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.