Geri

23 fevral 2010-cu il, 16:15-dək

Bakı şəhəri, Xətai rayonunda onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərinin 120p.m. hissəsi yanmışdır. Şaxtadan keçən digər kommunikasiya xətləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

23 fevral 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 35kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 6kv.m. sahədə və soyuducu qismən yanmışdır. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan saunanın yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Aruz kəndində ümumi sahəsi 48kv.m. olan tovlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy şəhərində "Azərenerji" ASC-yə məxsus transformatorun yağ açarı yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Əlyanlı kəndində həyətyanı sahədə 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Mamaylı kəndində həyətyanı sahədə 300kq ot bağlaması yanmışdır. Yanğın saat 16:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzildən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalan uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:30-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1943-cü il təvəllüdlü Sevil Qurbanova yataqda hərəkətsiz vəziyyətdə, S.Qurbanovanın qızı isə xəstə vəziyyətdə aşkarlanmışlar. Keçirilmiş müayinə zamanı S.Qurbanovanın vəfat etdiyi müəyyən edilmiş, qızının isə ruhi xəstə olduğu məlum olmuşdur. Xilasedicilər Sevil Qurbanovanın cəsədini və xəstəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:50-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları ümumilikdə 80kv.m. sahədə və həmin evə bitişik tikilmiş ümumi sahəsi 160kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 70kv.m. sahədə (ümumi 150kv.m.) yanmışdır. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Mercedes", "Nissan" və "VAZ" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, həmin nəqliyyat vasitələri deformasiyaya uğramış, "Mercedes" markalı minik avtomobilinin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:35-də başa çatmışdır;

Masallı rayonu, Sığdaş kəndində ümumi sahəsi 50kv.m. olan tövlənin yanar konstruksiyaları 20kv.m. sahədə və çardağına yığılmış 200kq ot bağlaması yanmışdır. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı tikiliyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarmış, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:18-də başa çatmışdır;

Xocalı rayonu, Yuxarı Ağcakənd kəndində "PAZ" markalı sərnişin avtobusunun yanar hissələri yanmışdır. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına avtomobilin salonunda quraşdırılmış maye-qaz balonundan sızan qazın alışması səbəb olmuşdur.