Geri

22 fevral 2010-cu il, saat 17:15-dək

Daxil olmuş məlumata əsasən, 21 fevral 2010-cu il tarixində axşam saatlarından başlayaraq respublikanın bəzi cənub rayonlarında hava şəraiti kəskin dəyişmiş, güclü külək əsmişdir. Nəticədə, Yardımlı və Lerik rayonlarında enerji təsərrüfatına və bəzi fərdi evlərə ziyan dəydiyi bildirilir. Hazırda qeyd olunan rayonlarda aidiyyəti qurumlar tərəfindən hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:45-də başa çatmışdır.

Geri

22 fevral 2010-cu il, saat 15:25-dək

Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ikimərtəbəli binada yanğınla nəticələnən partlayış hadisəsi zamanı keçirilmiş xilasetmə əməliyyatı nəticəsində binanın dağıntıları altında şəxsiyyəti məlum olmayan cəsəd aşkarlanmışdır. Cəsəd xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

22 fevral 2010-cu il, saat 12:10­­­­­­­­­­­­-dək

Fevral ayının 22-si saat 05:39-da Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyatı qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, hadisə nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3kv.m sahədə yanıb. Yanğın saat 06:00-da söndürülüb. Bir nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Geri

22 fevral 2010-cu il, saat 09:00-dək

Daşkəsən rayonu, Çayqovuşan kəndində Daşkəsən rayon meşə təsərrüfatı idarəsinə məxsus ərazidə qırılmış quru ağaclar və kol-kos 3ha sahədə yanmışdır. Yanğının söndürülməsinə 53 yanğınsöndürən cəlb olunmuşdur. Meşə zolağı və yaxınlıqdakı kənd yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda ümumi sahəsi 90kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonunda ikimərtəbəli fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35kv.m. olan mətbəxdə tavanın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 13:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1948-ci il təvəllüdlü Şamil Hacıməmməd oğlu Hüseynov yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Keçirilmiş müayinə nəticəsində qeyd olunan şəxsin vəfat etdiyi müəyyən olmuşdur. Xilasedicilər Ş.Hüseynovun cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:36-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı qamışlıq ümumilikdə 150kv.m. sahədə yanmışdır. 2 iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Qulubəyli kəndində ümumi sahəsi 170kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları ümumilikdə 134kv.m. sahədə yanmışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Tanqıt kəndində "BMW" markalı minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 17:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına yol-nəqliyyat qəzası səbəb olmuşdur;

Bakı şəhəri, Xətai rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 15kv.m. olan bərbərxananın yanar konstruksiyaları və içərisindəki əşyalar, habelə, bərbərxanaya bitişik tikilmiş ümumi sahəsi 25kv.m. olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları və içərisindəki ərzaq malları ümumilikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;