Geri

30 noyabr 2010-cu il, saat 17:58-dək

Abşeron rayonu, Daş Güzdək kəndində yerləşən "GÜNAY" firmasına məxsus yük avtomobillərinin və yaxınlıqdakı karxanalarda istifadə olunan texniki vasitələrin təmiri sexində uçqun hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal qeyd olunan əraziyə Nazirliyin xilasediciləri cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilmişdir ki, sexdə təmirə dayanmış "Kamaz" markalı yük avtomobilinin kuzovu endirilmədən hərəkətə gətirilməsi sexin beton konstruksiyalarının uçmasına səbəb olmuşdur. Nəticədə, sex işçiləri 1942-ci il təvəllüdlü Yengibar Əlixan oğlu Ömərov və 1955-ci il təvəllüdlü Rəhilə Məhərrəm qızı Tağıyeva dağıntılar altında qalar həlak olmuş, avtomobilin sürücüsü yaralanmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə R.Tağıyevanın və Y.Ömərovun cəsədlərini dağıntılar altından çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 15:41-də başa çatmışdır.
Geri

30 noyabr 2010-cu il, saat 09:00-dək

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 328kv.m. olan kafel-metlax  qurutma sexinin yanar konstruksiyaları 15kv.m sahədə yanmışdır. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülümşdür;

Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2 mərtəbəsində ümumi sahəsi 70kv.m olan 2 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 55kv.m sahədə yanmış, hadisə zamanı həmin mənzildə olan 1 nəfər yanıq xəsarətləri almış, həmçinin, qeyd olunan mənzilə bitişik yerləşən digər mənzilin yanar konstruksiyaları 1kv.m sahədə yanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.