Geri

29 noyabr 2010-cu il, saat 14:50-dək

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:00-da başa çatmışdır.
Geri

29 noyabr 2010-cu il, saat 09:00-dək

Tərtər rayonu, Küçərli kəndində vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Alaşa kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus ümumi sahəsi 3ha olan feyxoa bağında 400kv.m sahədə kol-kos və ağaclar yanmışdır. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qazyan kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50kv.m sahədə və həmin tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Şıxzərli kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65kv.m olan talvarın yanar konstruksiyaları 30kv.m sahədə və həmin talvarın altında yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaraağacı kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 21km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:02-də başa çatmışdır;

Xaçmaz rayonu, Xudat şəhərində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilin sürücüsü və 1 nəfər sərnişin həlak olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış həmin şəxsin cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:03-də başa çatmışdır;

Qəbələ şəhərində "QAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü isə yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər yaralıya ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:07-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi ələt və avadanlıqlar vasitəsilə yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşa xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:57-də başa çatmışdır;

Şəki rayonunda Şəki-Oğuz avtomobil yolunun 18-ci kilometrliyində "OPEL" markalı minik avtomobilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 12kv.m olan 1 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 8kv.m sahədə və televizor yanmışdır. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Yeni Novruzlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan talvarın yanar konstruksiyaları və həmin talvarın altına yığılmış 7 ton ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər talvara bitişik tikilmiş tövləni yanğından mühafizə etmiş, içərisində olan 4 baş iribuynuzlu və 10 baş xırdabuynuzlu heyvanı xilas etmişlər. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda yaşlı qadının yaşayış binasının eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından yıxılaraq 4-cü mərtəbənin paltar asılqanından asılı vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı xilas etmiş, ona hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:20-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 25kv.m olan 1 otaqlı fərdi evdə 0,5kv.m sahədə döşəmə və 1 yataq dəsti yanmışdır. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı həmin evdə kirayənişin yaşayan 1959-cu il təvəllüdlü İqor Eyyub oğlu Həsənovun və 1 ev heyvanın cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.