Geri

28 noyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 180kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları 120kv.m sahədə yanmışdır. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Çaparlı kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa  məxsus həyətyanı sahədə 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Ostayir kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Ergüç kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus restoranın həyətində tikilmiş ümumi sahəsi 126kv.m olan birmərtəbəli 2 otaqlı kottecin yanar konstruksiyaları 106kv.m sahədə yanmışdır. Yanğın saat 14:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Su kanalının Sabirabad rayonu, Əlicanlı kəndi ərazisindən keçən hissəsində batmış 2006-cı il təvəllüdlü Sənan Laçın oğlu Ağaməmmədovun axtarışları başa çatdırılmışdır. S.Ağaməmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:30-da başa çatmışdır;

Oğuz şəhərində "Azərpoçt" MMC-nin ərazisində tikilmiş ümumi sahəsi 150kv.m olan anbarın yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qaradeyin kəndində (rayon mərkəzindən 40km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 32 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 180kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları 9kv.m. sahədə yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində ümumi sahəsi 40kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər qonşu evləri yanğından mühafizə etmiş, yanğın saat 00:30-da söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Heybət Əmrəli oğlu Ağabalayevin cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.