Geri

27 noyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində yaşlı kişi mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşa xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:47-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəzet redaksiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər, ilk növbədə redaksiyada olan insanların təhlükəsizliyini təmin etmiş, daha sonra Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə redaksiyada axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 15:30-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarında dayanan "Kamaz" markalı yük avtomobilinə çırpılmışdır. Nəticədə, minik avtomobilinin sürücüsü yaralanmış, 2 sərnişin həlak olmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi texnika vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini nəqliyyat vasitəsindən çıxarmış və hər iki cəsədin aidiyyəti üzrə təhvil verilməsini təmin etmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:11-də başa çatmışdır;

Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Hacıağabəyli kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 1 ton ot bağlaması yanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tövlədə olan 10 baş iribuynuzlu və 25 baş xırdabuynuzlu heyvanı yanğından xilas etmiş, tövlənin qalan hissəsini və yaxınlıqdakı fərdi evi yanğından mühafizə etmişlər. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:16-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:22-də başa çatmışdır;

Masallı rayonu, Köhnə Alvadı kəndində (rayon mərkəzindən 7km aralı) ümumi sahəsi 356kv.m olan ikimərtəbəli 7 otaqlı fərdi evin yanar konstruksiyaları 194kv.m sahədə yanmışdır. Yanğın saat 19:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Çəmənli kəndində (rayon mərkəzindən 21km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 40kv.m sahədə və həmin tövlənin çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Şəfibəyli kəndində (rayon mərkəzindən 25km aralı) "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşa xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərilmiş və həmin şəxs aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 22:00-da başa çatmışdır;

Qəbələ rayonu, Durca kəndində (rayon mərkəzindən 24km aralı) dağlıq ərazidə 1,5ha sahədə xəzəl və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 2 uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:53-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşa xilasedicilər tərəfindən ilkin tibbi yardım göstərilmiş və həmin şəxs aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 06:12-də başa çatmışdır.