Geri

30 oktyabr 2010-cu il, saat 09:00-dək

Yevlax rayonu, Aşağı Qarxun kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus ümumi sahəsi 98kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində ümumi sahəsi 100kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal edilən şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7 və 8-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:26-da başa çatmışdır;

Tər-tər rayonu, Bəyimsarov kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 16,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 100kv.m olan birmərtəbəli, 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 80kv.m sahədə yanmışdır. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 8kv.m olan 1 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunmuşdur. Yanğın saat 08:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.