Geri

29 oktyabr 2010-cu il, saat 09:00-dək

Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 500kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Şəfəq kəndində (rayon mərkəzindən 2km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı uşaq bağçası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Kürsəngi kəndində vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 450kq ot bağlaması yanmışdır. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Separadi kəndində (rayon mərkəzindən 24km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Azaplı kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın hadisəsi baş vermişdir. Nəticədə, həmin evin yanar konstruksiyaları otaqlardan birinə satış məqsədi ilə yığılmış avtomobil yanacağı və sürtgü yağları ilə birlikdə tamamilə yanmışdır. Yanğın yerinin kəşfiyyatı zamanı 1946-cı il təvəllüdlü Musayeva Bəyaz Fərman qızı və 2000-ci il təvəllüdlü Musayev Hüseyn İlham oğlunun cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 22:22-də başa çatmışdır;

Bərdə rayonu, Kəntərli kəndində (rayon mərkəzindən 10km aralı) ümumi sahəsi 108kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı fərdi evlər yanğınsöndürənlər tərəfindən mühafizə olunmuşdur. Yanğın saat 07:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.