Geri

27 oktyabr 2010-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:51-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:18-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 17:28-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:20-də başa çatmışdır;

Sumqayıt şəhərində "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə, həmin avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Dünyamalıyev Novruz həlak olaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə N.Dünyamalıyevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:28-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m olan  çayxananın yanar konstruksiyaları əşyalarla birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.