Geri

25 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda Neft-Qaz Elmi Təhqiqat İnstitutunun birinci mərtəbəsində ümumi sahəsi 150kv.m olan növbətçi otağında mebel 20kv.m sahədə yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400kv.m olan üçmərtəbəli fərdi evin 1-ci mərtəbəsində hamam otağında tavan 35kv.m sahədə yanmışdır. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 3-cü mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:49-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 15kv.m olan hamamın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "VAZ" və "Nissan" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü Zaur Əliyev həlak olmuş, "Nissan" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin yarlanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış Z.Əliyevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:05-də başa çatmışdır;

Sabirabad rayonu, Şıxsalahlı kəndində (rayon mərkəzindən 45km aralı) vətəndaşa məxsus həyətdə yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində iki nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindən enərək üçüncü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Bununla da zərərçəkmişlərə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir.  Əməliyyat saat 19:43-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində bir nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindən enərək üçüncü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və zərərçəkmişin xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 20:14-də başa çatmışdır;

Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120kv.m olan birmərtəbəli 4 otqalı fərdi evdə partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, evdə olan iki nəfər yanıq xəsarətləri almış, evin qapı-pəncərəsi yerindən çıxmış, divarlarda çatlar əmələ gəlmişdir. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılmışlar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin 1 otağının tavanı 10kv.m sahədə yanmışdır. Yanğın saat 06:18-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.