Geri

29 yanvar 2010-cu il, saat 17:35 -dək

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzillərdən birində partlayış baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, partlayış zamanı həmin mənzildə mətbəxin pəncərəsi çərçivədən cıxaraq binanın qarşısında dayanmış avtomobilin üzərinə düşmüş, mənzildə olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər almış, qonşu mənzildə tavanın kiçik fraqmentləri qoparaq tökülmüş və orada olan 1 nəfər bədən xəsarəti almışdır. Yanğın hadisəsi olmamışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş, zərərçəkmişlərə ilkin tibbi yardım göstərdikdən sonra onları aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq qurumların mütəxəssisləri ilə birgə hadisə yerinə əlavə baxış keçirərək təhlükənin aradan qaldırıldığı müəyyən edilmişdir. Əməliyyat saat 13:53-də başa çatmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur.

Geri

29 yanvar 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda on üçmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabelinin üzlüyü, təxminən, 200p.m. uzunluqda yanmışdır. Hadisə zamanı binada olan 23 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 09:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 180kv.m. olan 4 otaqlı mənzildə elektrik sayğacı və hamam otağının qapısı ümumilikdə 2kv.m. sahədə yanmış, ev sahibinin oğlu tüstüdən zəhərlənmişdir. Zərərçəkmiş xəstəxanaya aparılmışdır. Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonu ərazisində 1 nəfər dənizə düşmüşdür. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər suda batma təhlükəsi ilə üzləşmiş həmin şəxsi xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:52-də başa çatmışdır;

Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində dənizdə balıqçı qayığı çevrilmişdir. Nəticədə, qayıqda olan iki nəfərdən biri müstəqil şəkildə xilas olunmuş, digərinin isə batdığı ehtimal edilir. Hazırda hadisə yerində dalğıc-xilasedicilər tərəfindən axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, hadisəyə güclü külək səbəb olmuşdur;

Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər on beşmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 2-ci mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərəçəkmişlərin liftdən çıxmalarına şərait yaratmışlar. Əməliyyat saat 20:35-da başa çatmışdır;

Multimedia

Masallı şəhərində ümumi sahəsi 234kv.m. olan ikimərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları 110kv.m. sahədə yanmışdır. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.