Geri

28 yanvar 2010-cu il, saat 16:30 -dək

Tərtər rayonu, Ələsgərli kəndində həyətyanı sahədə 1,3 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2010-cu il, saat 15:15 - dək

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

28 yanvar 2010-cu il, saat 11:50 - dək

Gəncə şəhəri, Kəpəz rayonunda Təhsil Nazirliyinə məxsus 1 saylı Texniki Peşə Liseyinin yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan birmərtəbəli mebel sexinin yanar konstruksiyaları və sexin icərisinə yığılmış taxta materiallar ümumilikdə 100kv.m. sahədə yanmışdır. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən şaxtaya enmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti
1-ci mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:49-da başa çatmışdır;

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36kv.m. olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisində olan mallar tamamilə yanmışdır. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 340kv.m. olan mebel mağazasının yanar konstruksiyaları və mağazanın içərisində olan mebellər tamamilə yanmışdır. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

27 yanvar 2010-cu il tarixində saat 16:35-də Lənkəran rayon məhkəmə tibbi ekspertiza mərkəzindən "112" zəng mərkəzinə daxil olmuş məlumata əsasən, qeyd olunan tarixdə saat 12:30-da Lənkəran rayonu, Boladı kəndində 1-ci qrup əlil 1952-ci il təvəllüdlü Qurbanəli Məmməd oğlu Ələmova məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 1 otağında yataq dəsti yanmış, yataqda olan ev sahibi Q.Ələmov vəfat etmişdir. Hadisə yerinə yanğın bölmələri çağırılmamışdır. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.