Geri

27 yanvar 2010-cu il, saat 17:20 - dək

Sumqayıt şəhərində iki azyaşlı uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xilasetmə alət və avadanlıqları vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:09-da başa çatmışdır.
Geri

27 yanvar 2010-cu il, saat 14:35 - dək

Bakı şəhəri, Nəsimi rayonunda yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşa xilasedicilər hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:15-də başa çatmışdır.

 

Geri

27 yanvar 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan qarajın yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanmışdır. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 100kv.m. olan şirniyyat sexinin yanar konstruksiyaları tamamilə və yaxınlıqdakı ümumi sahəsi 50kv.m. olan çay evinin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.