Geri

30 sentyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 28 kv.m. olan 2 otaqlı mənzilin hamam otağında partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, hamam otağında tavanın yanar konstruksiyaları 1 kv.m. sahədə ərimiş, 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, hadisəyə məişət qazının sızması səbəb olmuşdur. Faktla əlaqədar təhqiqat aparılır;

1961-ci il təvəllüdlü Bəmirə Əliosman qızı Səfərovanın Samur-Abşeron kanalının Qusar rayonunun Urvaoba kəndi ərazisindən keçən hissəsində, nəzarət olunmayan ərazidə naməlum şəraitdə batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin xilasediciləri axtarışlara cəlb olunmuşlar. B.Səfərovanın cəsədi saat 08:54-də batdığı yerdən 60 km aralıda tapılaraq sudan çıxarılmışdır.