Geri

28 sentyabr 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 51 kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 8 kv.m. sahədə yanmışdır. Yanğın saat  14:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda, mənzildə ailə münaqişəsi zəminində insident baş vermişdir. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, bir nəfər məlum olmayan səbəbdən valideynlərini zorla evdən çıxarmış və giriş qapısını içəridən qəsdən kilidləmişdir. Xilasedicilər mənzilin qapısını açmaqla ailə üzvlərinə qarşı zor tətbiq etmiş şəxsin zərərsizləşdirilməsinə şərait yaratmışlar. Əməliyyat saat 14:17-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100 kv.m. olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 120 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.