Geri

27 sentyabr 2009-cu il, saat 09:00-dək

Respublikanın bəzi qərb, şimal-qərb və cənub rayonlarında hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağışlar yağmışdır. Nəticədə, bir neçə rayonda tək-tək hallarda fərdi yaşayış evlərinin həyətlərinə su dolmuş, bəzi təsərrüfat sahələrinə ziyan dəymişdir. Hazırda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür, müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyan müəyyənləşdirilir.