Geri

26 sentyabr 2009-cu il, saat 19:00-dək

Şəmkir rayonunda ümumi sahəsi 182 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 140 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər mənzilin qapısını açmış və içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən həmin şəxs xəstə vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər.