Geri

25 sentyabr 2009-cu il, saat 19:00-dək

Balakən rayonunda ümumi sahəsi 166 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 106 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonunda 1 nəfər dərinliyi təxminən 7-8 m olan kanalizasiya quyusuna düşmüşdür. Xilasedicilər zərərçəkmişi quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər;

Quba rayonunda ümumi sahəsi 260 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 180 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

21 sentyabr 2009-cu il tarixində itkin düşmüş və Xəzər dənizində batdığı ehtimal olunan 1978-ci il təvəllüdlü Tahir Həsən oğlu Kazımovun axtarışları (Nazirliyin sularda xilasetmə və aviasiya qüvvələrinin iştirakı ilə) davam etdirilir.