Geri

24 sentyabr 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda, azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Qeyd olunan şəxs mənzildə yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 22:14-də başa çatmışdır.