Geri

23 sentyabr 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, ikimərtəbəli yaşayış evinin dayaq divarı 1 kv.m. sahədə uçmuşdur. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:14-də başa çatmışdır; 

Xəzər dənizində batma təhlükəsilə üzləşmiş 1 nəfər xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:37-də başa çatmışdır; 

Abşeron rayonunda "Kamaz" markalı betonqarışdıran maşın sürücünün idarəetməsindən çıxaraq "Hyundai" markalı sərnişin avtobusu ilə toqquşmuşdur. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:42-də başa çatmışdır;

Dübəndi Neft Terminalından Gürcüstan Respublikasının Batumi şəhərinə yola düşən 43 sisterndən ibarət, hər birində 60 ton xam neft olan yük qatarının 8 sisterni saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində relsdən çıxmışdır. Yanğın hadisəsi olmamış, yanacaq ətrafa dağılmamışdır. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerində növbə çəkirlər.