Geri

22 sentyabr 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus firmanın yerləşdiyi 3 mərtəbəli binanın 1-ci mərtəbəsində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, otaqların arakəsmə divarı dağılmış, 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Faktla əlaqədar təhqiqat aparılır;

Masallı rayonunda ümumi sahəsi 100 kv.m. olan  2 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları əşyalarla birlikdə tamamilə yanmışdır. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

20 sentyabr 2009-cu il tarixindən başlayaraq Respublikanın bəzi ərazilərində hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağışlar yağmışdır. Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Şamaxı, Balakən, Daşkəsən, Gədəbəy, Cəlilabad, Quba, Qusar və Xaçmaz rayonlarında fərdi yaşayış evlərini su basmış, bir neçə evin dağılma təhlükəsi yaranmış, bəzi təsərrüfat sahələrinə, xüsusi ilə enerji və yol təsərrüfatlarına ziyan dəymişdir. Hazırda, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün lazımi işlər görür, müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyan müəyyənləşdirilir. Hadisə rayonlarına Nazirliyin 600-ə yaxın canlı qüvvəsi və təxminən 80 ədəd xüsusi texnikası cəlb olunmuşdur. Qeyd olunan rayonlardan bəzilərində yağmurlu hava şəraiti davam etməkdədir.