Geri

31 avqust 2009-cu il, saat 09:00-dək

Bakı-Sumqayıt şosesinin 26-cı kilometrliyində "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dirəyə çırpılmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, 1 sərnişin hadisə yerində həlak olmuş, sürücü isə yaralanmışdır. Yaralı xəstəxanaya yola salınmışdır. Xilasedicilər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:21-də başa çatmışdır;

29 avqust 2009-cu il tarixində Şirvan kanalının Şirvan şəhərinə daxil olan hissəsində, nəzarət olunmayan ərazidə batmış 1998-ci il təvəllüdlü Baba Nadir oğlu Məmmədovun axtarışları başa çatmışdır. Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 50 km aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 06:22-də başa çatmışdır.