Geri

28 avqust 2009-cu il, saat 09:00-dək

Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m. olan tövlənin yanar konstruksiyaları 100 kv.m. sahədə və içərisinə yığılmış 500 kq. ot bağlaması yanmışdır. Hadisə zamanı tövlədə olan 6 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 02:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.