Geri

27 avqust 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olaraq giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər ona hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:57-də başa çatmışdır.