Geri

26 avqust 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda, qaldırıcı kran "Kamaz" markalı yük avtomobilinin üzərinə aşmışdır. Nəticədə yük avtomobili deformasiyaya uğramış, onun sürücüsü - 1966-cı il təvəllüdlü Əfqan Tofiq oğlu Məmmədov kranın altında qalaraq həlak olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər Ə.Məmmədovun cəsədini kranın altından çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, zədələnmiş binanın elektrik və qaz xətlərinin şəbəkədən ayrılmasını təmin etməklə baş verə biləcək digər bədbəxt hadisələrin qarşısını almışlar. Əməliyyat saat 16:56-da başa çatmışdır.