Geri

24 avqust 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda, 3 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 5 mərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişlərə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 19:27-də başa çatmışdır.

Geri

24 avqust 2009-cu il, saat19:00-dək

Şəki rayonunda ümumi sahəsi 81 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ehtimala görə, yanğın qəsdən törədilmişdir;