Geri

23 avqust 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Yasamal rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dərəyə düşmüşdür. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğramış, 2 nəfər yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər yaralıları avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:23-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər mənzilin qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1929-cu il təvəllüdlü Tamara Litvinova yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinədən sonra T.Litvinovanın vəfat etdiyi müəyyən edilmişdir. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:41-də başa çatmışdır.